Uşaq pulu ilə bağlı müzakirə gedir,


Digərləri 20 İyn 2019 22:04:00 256 0

Uşaq pulu ilə bağlı müzakirə gedir,

"Azərbaycanda uşaq pulu ilə bağlı məsələlər müzakirə olunur".

Son.az xəbər verir ki, bunu millət vəkili Səyavuş Novruzov REAL TV-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Avropa və Asiya ölkələrinin bu sahədəki təcrübələri öyrənilir: "Müzakirələr yekunlaşdıqdan sonra bu məsələlər öz həllini tapacaq". Qeyd edək ki, artıq xeyli müddətdir ki, uşaq pulu ilə bağlı məsələ müzakirə olunur. Azərbaycan Prezidenti İlham Əliyev də, 3 yaşınadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi barədə tapşırıq verib. Təkliflərdə də uşaqların yaş qruplarına görə təsnifləşdirilməsi və 3 yaşınadək uşaqlara daha çox sosial müavinətin verilməsi qeyd olunub.