Göz dəyməməsi üçün nə etmək olar?


Digərləri 20 İyn 2019 21:50:00 248 0

Göz dəyməməsi üçün nə etmək olar?

Həzrət Peyğəmbər (s) buyurur: "Göz dəyməsi haqdır. Hər kim qardaşı barəsində hansısa bir şeydən heyrətə gələrsə, gərək o zaman Allahı yada salsın.

Şübhəsiz əgər Allahı yada salarsa, göz dəyməsi ona (qarşı tərəfə) ziyan vurmaz".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Göz dəyməsi - haqdır, əmin deyilsən ki, sənin gözün özünə və ya başqalarına təsir edər. Əgər gözün təsirindən qorxursansa, 3 dəfə de: "Məşəallah lə quvvətə illə billəhil aliyyil-azim"".

Başqa bir hədisdə oxuyuruq ki, əgər sizlərdən birinizin nədənsə xoşunuz gəlsə, göz dəyməmək üçün deyin: "Aməntu billəh və salləllahu alə Muhəmmədin və Alihi (Ali-Muhəmməd)". Bu zaman gözün mənfi təsiri olmaz.

Həzrət İmam Rza (ə) göz dəyməkdən amanda olmaq üçün buyurur: "Nə zaman sənə göz dəysə, əllərini üzünün qarşısında qərar ver, "Həmd" ("Fatihə"), "Tövhid" ("İxlas"), "Nas" və "Fələq" surələrini oxu. Hər iki əlini üzünə çək. Allah səni onun ziyanından qoruyar".