“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin 84cü kitabı çapdan çıxıb


Siyasət 20 İyn 2019 21:32:00 62 0

“İlham Əliyev. İnkişaf  məqsədimizdir” çoxcildliyinin 84cü kitabı çapdan çıxıb

Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomdur. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf dayanır, sərmayə qoyuluşu dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür.

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin yenicə çapdan çıxmış 84-cü kitabında yer alan bu fikirlər Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının söylədiyi nitqindən götürülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2017-ci ilin noyabrından 2018-ci ilin yanvarınadək olan dövrü əhatə edir.

Kitaba Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair İstanbulda keçirilmiş Zirvə toplantısında, Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxışlarının mətnləri, Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri, Davos Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda interaktiv iclasda iştirakı haqqında informasiyalar daxil edilib. Nəşrdə dövlətimizin başçısının Azərbaycana səfərə gəlmiş Əfqanıstan Prezidenti ilə görüşünə və sənədlərin imzalanmasına, Bolqarıstanın Baş Naziri ilə görüşünə dair materiallar yer alıb.

Çoxcildliyin 84-cü kitabında, həmçinin Prezident İlham Əliyevin Xorvatiya, Türkiyə, Pakistan, Hindistan, İran, Estoniya, Rusiya və digər dövlətlərin, Avropa İttifaqının, Beynəlxalq Telekommunikasiya İttifaqının, Dünya Bakının ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsi barədə materiallar toplanıb.

Yeni nəşrə dövlətimizin başçısının Bakıda "Asiyanın qəlbi - İstanbul prosesi" çərçivəsində "Gücləndirilmiş "Asiyanın qəlbi" regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar" mövzusunda yeddinci Nazirlər Konfransında nitqinin, 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışının, "2017 - İslam həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransda nitqinin mətnləri, Azərbaycanın gənc alimlərinin I qurultayının, Azərbaycan memarlarının XIX qurultayının iştirakçılarına məktubları, XXIII Beynəlxalq "BakuTel-2017" Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi ilə tanışlığını əks etdirən informasiyalar daxil edilib.

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 84-cü kitabında, həmçinin dövlətimizin başçısının Ağcabədi, Sabirabad, Quba rayonlarına, Sumqayıt şəhərinə səfərlərinə, bölgələrdə iqtisadi, sosial, mədəniyyət obyektlərinin açılışlarında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallarla da tanış olmaq mümkündür.

Kitabda "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri verilib.

"Azərnəşr" tərəfindən buraxılan 84-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

ABT atelyesi 710 at qüvvəli Lamborghini Urus modelini təklif edir  FOTO like
  • 20 İyn 21:30  
Digərləri ABT atelyesi 710 at qüvvəli Lamborghini Urus modelini təklif edir FOTO

Lamborghini Urus krossoveri hal-hazırda 640 at qüvvəsi hasil edən 4,0-litrli

arrow Ətraflı
Sabunçu dəmiryolu vağzalı kompleksindən neçə min insan istifadə edib? like
  • 20 İyn 21:27  
Digərləri Sabunçu dəmiryolu vağzalı kompleksindən neçə min insan istifadə edib?

Mayın 21-də açılışı olan Sabunçu dəmiryolu vağzalı kompleksinindən b

arrow Ətraflı
Ombudsman Aparatında Avropa Şurasının nümayəndələri ilə görüş keçirilib  FOTO like
  • 20 İyn 21:26  
Digərləri Ombudsman Aparatında Avropa Şurasının nümayəndələri ilə görüş keçirilib FOTO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

arrow Ətraflı
“Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!” – like
  • 20 İyn 21:25  
Digərləri “Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!” –

Tarix boyu çörək üstündə qırğınlar baş verib, müharibələr gedib.

arrow Ətraflı
Dünya və axirətin tərəzi ilə müqayisəsi nə məna daşıyır? like
  • 20 İyn 21:20  
Digərləri Dünya və axirətin tərəzi ilə müqayisəsi nə məna daşıyır?

Dünya və axirət - bir-birinə təzad təşkil edən aləmlərdirlər. Onlar t

arrow Ətraflı
İbn Teymiyyə alimlərin nəzərində like
  • 20 İyn 21:15  
Digərləri İbn Teymiyyə alimlərin nəzərində

Vəhhabilik təriqətinin əsası XVIII miladi əsrdə Məhəmməd ibn Əbdülv

arrow Ətraflı
Sabunçu dəmiryolu vağzalı kompleksindən neçə min insan istifadə edib? - STATİSTİKA like
  • 20 İyn 21:15  
Digərləri Sabunçu dəmiryolu vağzalı kompleksindən neçə min insan istifadə edib? - STATİSTİKA

Mayın 21-də açılışı olan Sabunçu dəmiryolu vağzalı kompleksinindən b

arrow Ətraflı
Yaşıl, qırmızı, sarı – Bolqar bibərlərinin like
  • 20 İyn 21:13  
Digərləri Yaşıl, qırmızı, sarı – Bolqar bibərlərinin

Yəqin məlumatınız var ki, bolqar bibəri təbii aspirin, C vitamini mənbəy

arrow Ətraflı
İmam ilə xəlifənin fərqi nədir? like
  • 20 İyn 21:10  
Digərləri İmam ilə xəlifənin fərqi nədir?

"İmamət" sözünün lüğətdəki mənası "rəhbərlik"di

arrow Ətraflı
Viaqra qurbanları – Kişilərin sevimli dərmanının like
  • 20 İyn 21:06  
Digərləri Viaqra qurbanları – Kişilərin sevimli dərmanının

Deyilənə görə, kişilər ölümdən belə o dərəcədə qorxmur, nəinki im

arrow Ətraflı
Uşaqlar üçün ən faydalı qida like
  • 20 İyn 21:05  
Digərləri Uşaqlar üçün ən faydalı qida

Bildirçin yumurtası öz faydaları ilə insanların sevimli qidasına çevrili

arrow Ətraflı
Sağlamlığı qorumaq istəyənlər qarpız yesin! Nəhəng giləmeyvənin like
  • 20 İyn 21:03  
Digərləri Sağlamlığı qorumaq istəyənlər qarpız yesin! Nəhəng giləmeyvənin

Qarpız bir çoxlarımız fikirləşdiyi kimi meyvə və ya tərəvəz deyil, m

arrow Ətraflı
Ombudsman Aparatında Avropa Şurasının nümayəndələri ilə görüş keçirilib (FOTO) like
  • 20 İyn 21:01  
Digərləri Ombudsman Aparatında Avropa Şurasının nümayəndələri ilə görüş keçirilib (FOTO)

Naomi Trevinnardın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçi

arrow Ətraflı
Kia şirkəti Seltos modeinin yeni videotizerini yayıb  VİDEO like
  • 20 İyn 21:01  
Digərləri Kia şirkəti Seltos modeinin yeni videotizerini yayıb VİDEO

Kia Xceed modelinin şəkillərini dərc etdikdən bir neçə gün sonra, Cənub

arrow Ətraflı