Pişikotu kökünün bu faydalarından heyrətə düşəcəksiniz –


Digərləri 20 İyn 2019 21:33:00 236 0

Pişikotu kökünün bu faydalarından heyrətə düşəcəksiniz –

Pişikotu həm ənənəvi tibbdə, həm də xalq təbabətində geniş istifadə edilir. Dünyada hazırlanan əksər sakitləşdirici dərmanların tərkibində məhz bu bitki var. Son.az medicina.az-a istinadən bu faydalı bitki haqqında ətraflı məlumatı təqdim edir.   Pişikotunun kökünün tərkibində su, zülallar, yağlar, karbohidratlar, həll olunmayan və həll ola bilən liflər var.  Xalq təbabətində ondan dəmləmə, toz, ekstrat şəklində istifadə edilir. Tərkibindəki fito birləşmələr ödqovucu, sakitləşdirici və sidikqovucu təsirə malikdir. Pişikotu vannası orqanizmə sakitləşdirici təsir bağışlayır. Kökündə uçucu yağlar (terpineol, pinen, terpen, kamfen və bu kimi yağlar), estrol, pişikotu sirkəsi, dubil maddələr, salonin, xatinin, sakitləşdirici mineral duzlar, valerian tərkibli turşular, izovalerian turşusu, limonen, alkohol və valerian var.     Pişikotu kökündən sakitləşdirici, yuxunu normallaşdırmaq, nevroz, ürək-damar sitemini, ürəkdöyünməni müalicə etmək məqsədilə istifadə edilir. Astma, miqren, epilepsiya, klimakterik nevroz, qalxanvari vəzi xəstəlikləri zamanı sistemli olaraq pişikotundan istifadə edilir. Pişikotu sakitləşdirici, spazm əleyhinə, epilepsiya əleyhinə təsir göstərir.   Pişikotu qəbizlik əleyhinə də təsirə malikdir. Zehni yüklənmələr zamanı da pişikotu baş beyin funksiyasını stimulyasiya edir, oradakı pozğunluqları aradan qaldırır.   Pişikotundan yuxusuzluq zamanı da istifadə edilir.

RESEPT:   1 çay qaşığı pişikotu kökünü 1 stəkan qaynar suya salıb, 4 saat gözləyin. Gün ərzində 2-3 dəfə ¼ stəkan içmək lazımdır. Daimi yuxusuzluq zamanı isə yatmazdan əvvəl bu dəmləmədən 1 stəkan içilir.

Qalxanvari vəzin funksiyasının artdığı zamanlarda, isterik reaksiyalarda, epilepsiyada, qıcolmalarda, taxikardiya və ürək nevrozlarında xəstələrə pişikotu dəmləməsi içmək məsləhət görülür.

Ev şəraitində pişikotu cövhəri:   RESEPT:   70%-li spirtin içərisinə 1:5 nisbətdə pişikotu kökü əlavə edilir və bir həftə sərin, qaranlıq yerdə saxlanılır. Bu dərman yatmazdan əvvəl 15 damcı qəbul edilir.

Pişikotunun efir yağlı cövhəri də hazırlanır.   RESEPT: 1:4 nisbətində pişikotu ilə spirt qarışdırılır və 4 gün qaranlıq yerdə saxlanılır. Sonra bu qarışıma öz həcmindən 2 qat artıq efir yağı əlavə edilib, qarışdırılır və yenidən 72 saat qaranlıqda saxlanılır.

Qarın boşluğunda spazmlar, stresslər, soyuqlamalarda pişikotu cövhərini ilıq suya qatıb içdikdə orqanizm üçün çox faydalıdır.