Yaşıl, qırmızı, sarı – Bolqar bibərlərinin


Digərləri 20 İyn 2019 21:13:00 344 0

Yaşıl, qırmızı, sarı – Bolqar bibərlərinin

Yəqin məlumatınız var ki, bolqar bibəri təbii aspirin, C vitamini mənbəyi və qan  dövranını yaxşılaşdıran tərəvəzdir. Düzdür, mövsümü az olur, ilboyu ucuz olmur, bizim mətbəxdə də dolma və bir iki yeməkdən başqa bir yerdə istifadə olunmur, amma həkimlər bildirir ki, həftədə ən azı 200 qr bolqar bibəri yeməklazımdır ki, qan durulaşsın, C vitamini artsın. Adətən yaşıl bibər qırmızı və sarıya nisbətən daha ucuz olur.

Son.az medicina.az-a istinadən bolqar bibərlərinin rənginə görə fərqi və hansı xəstəliklərdə daha faydalı olması barədə materialı təqdim edir:

Qırmızı bibər - daha çox şirin olub, tərkibində saxaroza və askorbin, A vitamini ilə daha zəngindir.  2 ədəd qırmızı bibər yemək kifayətdir ki, orqanizmin A vitamini ehtiyacının yarısı ödənsin. Halbuki yaşılda bu 10%-dir.

Sarı bibər - tərkibində rutin çox olduğundan, qan damarlarını möhkəmlədir, elastikləşdirir. Eləcə də sarı bibərdə kaliy, fosfor vardır ki, ürək-damar sistemi üçün vacibdir.

Yaşıl bibər -  askorbin turşusu çoxdur, qanı duruldur, beyni aydınladır. İtalyan alimləri aşkar ediblər ki, yaşıl bolqar bibərində elə maddə və birləşmələr vardır ki, bədxassəli şişlərin yaranması riskini azaldır.

Yaşıl və sarı bibərdə olan E vitamini tez qocalmaya qarşıdır, onkoloji xəstəliklərin qarşısını alır, tərkibində dəmir olduğu üçün qanı artırır. Alimlər bildirir ki, bolqar bibəri çox yeyən insanlarda insult riski dəfələrlə azalır.

Bolqar bibəri bu problemlərdə daha faydalıdır: