Kia şirkəti Seltos modeinin yeni videotizerini yayıb VİDEO


Digərləri 20 İyn 2019 21:01:00 268 0

Kia şirkəti Seltos modeinin yeni videotizerini yayıb  VİDEO

Kia Xceed modelinin şəkillərini dərc etdikdən bir neçə gün sonra, Cənubi Koreya şirkəti Şimali Amerkada satılacaq Seltos modelinin yeni videotizerini yayıb. 30 saniyəlik tizerdə avtomobilin dizayn elementlərinin əksər hissəsi nümayiş etdirilir.

Son.az autograph.az-a istinadən bildirir ki, Kia bir müddət bundan öncə yığcam krossoverin eksteryer və interyerinin eskizlərini də dərc edib. Bu gün isə, Cənubi Koreya istehsalçısı krossoverin adını açıqlayıb - Seltos. Əslində Autoblog.com saytı sayəsində Kia Seltos modelinin eksteryeri dizaynı və adı bizim üçün sirr deyil. Bu yaxınlarda sayt avtomobilin reklam çarxının çəkilişləri zamanı paparazzilər tərəfindən çəkilmiş şəkillərini dərc etmişdi.

Kia marketoloqları avtomobilin adının yunan mifologiyasından götürüldüyünü söyləyirlər. Onlar avtomobilin əfsanəvi qəhrəman Heraklın oğlu Keltin (Celtos) şərəfinə adlandırıldığını bildiriblər. Bəs onda niyə Celtos deyil, məhz Seltos? Koreaylılar bunun  səbəbinin krossoverə xas olan sürət, üslub, zəriflik, məkan və idman (bu sözlər ingilis dilində "S" hərfi ilə başlayırlar) kimi xüsusiyyətlər ilə izah edirlər.