Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı


Dünya 20 İyn 2019 20:35:30 233 0

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı Ukraynanın Krım və Sevastopol şəhərlərinin ilhaqına görə Rusiyaya qarşı sanksiyaların müddətini bir il də uzadıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir. Sanksiyalar gələn il iyunun 23-dək qüvvədə olacaq. Məhdudiyyətlər Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən hüquqi şəxslərə və şirkətlərə tətbiq edilir.

Xatırladaq ki, Aİ Rusiyaya qarşı ilk sanksiyanı 2014-cü ilin martında tətbiq edib.