“Mənə it kimi davranıldı”


Digərləri 20 İyn 2019 20:22:00 200 0

“Mənə it kimi davranıldı”

İspaniyanın "Real" klubunun kapitanı Serxio Ramosla sevgilisi Pilar Rubionun toyunda xoşagəlməz anlar yaşanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu həmin toyda ofisiant kimi çalışan, lakin adının açıqlanmasını istəməyən qadın deyib.

O, yerli "Telecino" telekanalında açıqlamasında toyda hörmətsizliklə üzləşdiklərini bildirib:

"İş şərtləri ölümcül idi. Hər saatımıza cəmi 10 avro qazandıq. Mənə bir it kimi davranlıldı. Qadın və kişi işçilər eyni yerdə paltarlarını dəyişdi. Hamımız lüt idik. Bunun adı rəzalətdir. İşçilərin gülməsi və danışması qadağan edilmişdi. Bizə isə qonaqlara ayrılan yeməklərin artıqları verildi. Həyatımda ilk dəfə belə şərtlər altında çalışırdım. Toy və qonaqlar barəsində danışmağımız qadağan edilmişdi. Çünki buna əməl etməyən şəxs 100 min avro təzminat ödəməlidir".