Zelenski jurnalistlərə kabinetindəki bərbər kürsüsünü göstərdi VİDEO


Digərləri 20 İyn 2019 20:10:00 291 0

Zelenski jurnalistlərə kabinetindəki bərbər kürsüsünü göstərdi  VİDEO

Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlər üçün administrasiyadakı kabinetinə ekskursiya təşkil edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, KİV nümayəndələri ilə söhbət edərkən bu cür gəzintilərə qanunla icazə verilib-verilmədiyini bilmədiyini etiraf edib. 

Prezident kabinetində gülməli əşyanın olduğunu deyərək jurnalistləri digər otağa dəvət edib. O, bərbər kürsüsü ilə əl-üz yuyan çanağı göstərərək bu əşyaların, ümumiyyətlə, administrasiya binasında nə üçün olduğunu anlamadığını bildirib: "Evdə də duş qəbul etmək olar".