BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib (FOTO)


Digərləri 20 İyn 2019 18:00:00 344 0

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib (FOTO)

Bakı Dövlət Universitetində 2018/2019-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasında imtahanlara ictimai baxış olub.

Bakı. Bakı Dövlət Universitetində (BDU) 2018/2019-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasında imtahanlara ictimai baxış olub. Trend-in məlumatına görə, BDU rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media və ictimaiyyət nümayəndələri ilə çay süfrəsi arxasında müzakirələr aparan rektor Elçin Babayev imtahanların təşkili və keçirilməsi istiqamətində islahatların aparıldığını, xoşagəlməz halların minimuma endirildiyini, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şəraitin yaradıldığını bildirib. Universitetin inkişaf strategiyasından və yeniliklərdən söz açan rektor Elçin Babayev, eyni zamanda, UNESCO-nun Parisdəki Baş qərargahında Bakı Dövlət Universitetinin 100 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi ilə bağlı məlumat verib, bir əsrlik tarixi özündə əks etdirən foto sərginin və videofilmin tədbir iştirakçılarının böyük marağına səbəb olduğunu deyib. İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, media nümayəndələri və digər iştirakçılar qısa müddət ərzində görülən işlərdən razılıq ifadə ediblər. Sonra imtahan prosesini auditoriyalarda və monitorinq otağından izləyib, sessiyasının gedişinə nəzarət edən, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması işini həyata keçirən Qərargahın və onun nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyalarının fəaliyyəti ilə tanış olublar. İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, media nümayəndələri və imtahan prosesinə baxış keçirən digər iştirakçılar görülən işləri və universitetin yubileyinin beynəlxalq səviyyədə qeyd edilməsini yüksək qiymətləndirib, imtahanların şəffaf və obyektiv keçirilməsini, baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini təqdir ediblər.