Putinin canlı yayımına haker hücumu oldu


Digərləri 20 İyn 2019 17:35:00 218 0

Putinin canlı yayımına haker hücumu oldu

Rusiya Prezidenti Vladimir Putinlə "Birbaşa xətt" verilişinin "call-center"i xaricdən kütləvi haker hücumuna məruz qalıb.

Son.az bu barədə Sputnik Azərbaycan-a istinadən xəbər verir. 

""Call-center" xaricdən kütləvi DDoS hücuma məruz qalıb. Görünür, videozənglər zamanı baş verən xətalar məhz bununla bağlı olub. Lakin biz hücumun qarşısına ala bildik. Tətbiqin işi bərpa olunub. Biz zəngləri qəbul etməyə davam edirik", - deyə canlı yayımın aparıcılarından biri bildirib.

"Rossiya Seqodnya" və "RT" telekanalının baş redaktoru Marqarita Simonyan is öz "telegram" kanalında qeyd edib ki: ""Moskva Putinə" tətbiqinə DDoS hücumlar Ukraynadan həyata keçirilib".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün canlı efirdə vətəndaşların suallarına cavab verir.

Televiziya kanalları canlı efir üçün üç saat ayırıblar. Veriliş Moskva vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00-da) başlayacaq və "Rossiya 1", "Rossiya 24", "Birinci Kanal", "NTV", "OTR", "MİR" telekanalları, "Mayak", "Vesti FM" və "Radio Rossiyi" radiostansiyaları tərəfindən, o cümlədən sosial şəbəkələrdə yayımlanacaq.