Tikilməkdə olan sosial evlərdən xəbər var VİDEO


Digərləri 20 İyn 2019 17:21:00 220 0

Tikilməkdə olan sosial evlərdən xəbər var  VİDEO

https://az.trend.az/business/3079053.html

Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal rayonu ərazisində reallaşdırılan layihələrinin - Yasamal Yaşayış Kompleksinin (11,6 hektar) və 15,4 hektar torpaq sahəsində inşa olunan Yaşayış Kompleksinin hazırki vəziyyəti ilə bağlı video çarx hazırlanıb.

Agentlikdən Son.az-a verilən məlumata görə, hazırda Yasamal Yaşayış Kompleksinin (15,4 hektar) tikintisi sürətlə davam etdirilir.

Kompleks 22-si doqquzmərtəbəli və 18-i onikimərtəbəli olmaqla 40 yaşayış binasından ibarət olacaq.

Bu Kompleksdə Agentliyin sərəncamında olan 1458 mənzil "Güzəştli mənzil" elektron sistemi vasitəsilə satışa çıxarılacaq və güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif ediləcək.