İnterpolun keçmiş rəhbəri rüşvət aldığını etiraf etdi


Dünya 20 İyn 2019 17:28:14 241 0

İnterpolun keçmiş rəhbəri rüşvət aldığını etiraf etdi

İnterpolun sabiq rəhbəri, Çinin ictimai təhlükəsizlik nazirinin keçmiş müavini Men Hunvey rüşvət alması ilə bağlı etiraf edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Çinin Ali Xalq Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, o, yüksək mövqeyindən şəxsi mənfəəti üçün istifadə edib, bahalı hədiyyələr və pullar alıb. Ona verilən rüşvət isə 14,46 milyon yuan dəyərində ölçülür.