Terror təşkilatının qadın lideri həbs olundu


Dünya 20 İyn 2019 16:17:00 185 0

Terror təşkilatının qadın lideri həbs olundu

DHKP/C terror təşkilatının liderlərindən biri həbs olunub.

Son.az publika.az-a istinadən xəbər verir ki, təşkilatın Türkiyə üzrə məsul şəxsi, Daxili İşlər Nazirliyinin axtarış siyahısının "boz" kateoqriyasında yer alan Kamilə Kayır İstanbulda saxlanılıb.

Onunla birlikdə təşkilatın daha 6 üzvü ələ keçib.

Axtarışlar zamanı təşkilata aid çox sayda sənəd aşkar olunub.