Qarabağ-ın ev oyunlarını keçirəcəyi stadion açıqlandı


İdman 20 İyn 2019 16:11:00 234 0

Qarabağ-ın ev oyunlarını keçirəcəyi stadion açıqlandı

Qarabağ Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı Partizani (Albaniya) klubuyla və II mərhələyə yüksələcəyi təqdirdə də ev oyununu "Dalğa Arena"da keçirəcək.

Goal.az xəbər verir ki, buna səbəb 21-27 iyul tarixləri arasında baş tutacaq Avropa Gənclər Yay Olimpiya Festivalının ölkəmizdə keçirilməsidir. Belə ki, bu festivalın bir neçə yarışı məhz Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.