Əli Əhmədov: Dağlıq Qarabağ problemi olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edər, insanlar daha firavan yaşayardı


Digərləri 20 İyn 2019 16:12:00 154 0

Əli Əhmədov: Dağlıq Qarabağ problemi olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edər, insanlar daha firavan yaşayardı

Bəşəriyyət inkişaf etdikcə, təəssüflər olsun ki, biz dünyada qaçqın və məcburi köçkünlərin sayının artmasını görürük.

Bakı. Elçin Mehdiyev - Bəşəriyyət inkişaf etdikcə, təəssüflər olsun ki, biz dünyada qaçqın və məcburi köçkünlərin sayının artmasını görürük. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov Ümumdünya qaçqınlar gününə həsr edilmiş tədbirdə deyib. Ə.Əhmədov bildirib ki, əlbəttə bu bizim hər birimizi düşündürməli olan problemdir. Baş nazirin müavini vurğulayıb ki, bu gün dünyada demokratik dəyərlər haqqında 100 il bundan əvvəlkindən çox danışılır, ancaq dünyada qaçqınların sayı artmaqdadır. O bildirib ki , dünyanın malik olduğu sərvətlər bütün insanların firavan yaşaması üçün yetərlidir, lakin dünyada baş verən ədalətsizliklər buna imkan vermir. Ə.Əhmədov vurğulayıb ki, gərək dünya səylərini birləşdirib qaçqın və məcburi köçkün artımının qarşısını alsın. Onun sözlərinə görə, Azərbaycan qaçqın və məcburi köçkün problemindən ən çox əziyyət çəkən ölkələrdən biridir. Baş nazirin müavini deyib ki, ATƏT-in Minsk qrupu 30 ilə yaxındır münaqişənin həllinə çalışır. O qeyd edib ki, Minsk qrupu bu müddət ərzində bir sıra işlər görsə də, bunun məcburi köçkünlərin həyatına heç bir təsiri olmayıb: