İran ABŞa meydan oxudu


Dünya 20 İyn 2019 16:08:00 253 0

İran ABŞa meydan oxudu

ABŞ-a aid PUA-nı vurmaq açıq mesajdır.

Son.az publika.az-a istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri İnqilab Keşikçiləri Korpusunun komandiri Hüseyn Selami deyib.

General bildirib ki, bu, İranın düşmənlərinə açıq ismarışdır: "İnqilab Keşikçilərinin Aviasiya-Kosmos Qüvvələri bu səhər sərhədlərimizi pozaraq milli təhlükəsizliyimizə qəsd edən casus təyyarəsini vurdu. Sərhədlər bizim qırmızı xəttimizdir. Onu keçən geri qayıtmayacaq və yox olacaq. Bizim heç bir ölkə ilə savaşmaq niyyətimiz yoxdur, amma müharibəyə hazırıq".

Qeyd edək ki, İran Silahlı Qüvvələri İnqilab Keşikçiləri Korpusu rəsmi internet saytında ABŞ ordusunun "RQ-4 Global Hawk" tipli pilotsuz uçuş aparatını Oman körfəzinin hava məkanında vurduğunu açıqlamışdı.