Gürcüstan parlamentinin sədri Azərbaycana gəlib


Siyasət 20 İyn 2019 15:36:00 198 0

Gürcüstan parlamentinin sədri Azərbaycana gəlib

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze iyunun 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Son.az Trend-ə istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan parlamentinin sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.