Azərbaycanda dəhşət: məzuniyyət götürüb evinə gəldi,


Digərləri 20 İyn 2019 15:27:00 211 0

Azərbaycanda dəhşət: məzuniyyət götürüb evinə gəldi,

Dünən Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

Son.az publika.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhərində 1988-ci il təvəllüdlü Əfəndiyev Vüsal Afat oğlu özünü şəhərin 14-cü məhəlləsində yaşadığı evdə asaraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, araşdırma aparılır.

İlkin araşdırma zamanı məlum olub ki, V.Əfəndiyev hüquq-mühafizə orqanlarından birinin əməkdaşıdır və bir neçə gün əvvəl məzuniyyət götürərək ailəsinin yanına gəlib.

Onun hansı səbbədən və hansı şəraitdə intihar etməsi hələlik məlum deyil.

Araşdırmalar davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.