"Mənə dedi ki, gəlmirsən, gəlmə"


Şou-biznes 20 İyn 2019 14:51:00 294 0

"Mənə dedi ki, gəlmirsən, gəlmə"

ARB TV-nin "Səhər-Səhər" proqramının növbəti qonağı müğənni Aynur Dadaşova olub. Son.az bildirir ki, ifaçı həmkarı Niyam Salami ilə davasından danışıb: "Tanıyanlar bilir. Mən heç kimin qəlbinə dəymirəm, artıq söz demirəm. Kimdənsə kobudluq görəndə məni ağlamaq tutur. Niyam yaxşı dostdur, amma bir az əsəbidir. Onu da başa düşürəm, bütün günü çalışır. Hamı ilə əsəbi danışsan, ətrafında adam qalmaz axı. Məni konsertə dəvət etdi, tarixi əvvəlcədən bilmirdim. Ayın 8-i imiş, mən də ayın 8-i bir tədbirə dəvətli idim, beh almışdım. Dedim ki, Niyam, ya 7-si edək, ya 9-u. Hirsli idi. Dedi ki, yox, bu konsert olmalıdır. Gəlmirsən, gəlmə".


Xəbərə aid foto