“Evlənibboşanmışlar səndən yaxşı kişidir”


Şou-biznes 20 İyn 2019 14:54:00 243 0

“Evlənibboşanmışlar səndən yaxşı kişidir”

ARB TV-nin "Show news" verilişinin növbəti müsahibi müğənni Səbinə Selcan olub. Son.az bildirir ki, müğənni Nazim Pişyarini "Əsl kişi bir dəfə ailə həyatı qurar" açıqlamasına sərt reaksiya verib: "Şəxsiyyətindən, vəzifəsindən asılı olmayaraq o qədər insan mədəni surətdə boşanır. O zaman onlar insan deyil? Kişi və yaxud qadın deyil? Elə boşanan kişilər var ki, elə səndən yaxşı kişidir. Heç vaxt belə danışma. Birinci dəfə taleyi gətirməyənlər var. Əminsən ki, həyat yoldaşın ilə ölənədək birlikdə yaşayacaqsan? Əminsən ki, oğlun böyüyəndə bir dəfə evlənib, həyatının sonuna kimi bir xanımla yaşayacaq? Reklam xətrinə bu lazım deyil. Əgər reklam istəyirsənsə, get bir yetimin əlindən tut. Ağzına gələni danışmaq lazım deyil. Sən elə o boşananların toyunda iştirak edirsən. Həyatdı, hər şey ola bilər. Heç kim həyatından sığortalanmayıb. Sənə ayıb olsun!"


Xəbərə aid foto