Juventus icarəyə verdiyi futbolçunu satdı


İdman 20 İyn 2019 15:00:00 249 0

Juventus icarəyə verdiyi futbolçunu satdı

Bologna ötən ilin yanvarında Juventus-dan icarəyə götürdüyü Rikkardo Orsolininin transfer hüquqlarını alıb.

Goal.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bologna 22 yaşlı oyunçu üçün müqavilə ilə məxsus olduğu Juventus-a 15 milyon avro ödəyəcək.

21 yaşadək futbolçulardan ibarət İtaliya millisinin də şərəfini qoruyan Orsolini, son mövsümdə Bologna-nın heyətində 37 oyuna 10 qol vurub.