Asəf Hacıyev yenidən QDİƏT Parlament Məclisinin baş katibi seçilib


Siyasət 20 İyn 2019 14:42:00 234 0

Asəf Hacıyev yenidən QDİƏT Parlament Məclisinin baş katibi seçilib

Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin 53-cü Baş Assambleyasının iclasında seçkilər keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, iclasda QDİƏT Parlament Məclisinin baş katibi vəzifəsinə seçkilər baş tutub.

Seçkilərdə iki namizəd - Məclisin hazırkı baş katibi Asəf Hacıyev və Yunanıstan Parlamenti sədrinin diplomatik köməkçisi Spyros Theocharopoulosun namizədliyi irəli sürülüb.

Gizli səsvermədə A.Hacıyev yenidən QDİT Parlament Məclisinin baş katibi seçilib.