Qardaşını gəzintiyə aparmadılar,


Kriminal 20 İyn 2019 14:46:00 195 0

Qardaşını gəzintiyə aparmadılar,

Kürdəmir rayonunda orta məktəblərdən birinin məzunu bıçaqlanıb.

Son.az bildirir ki, bu barədə oxu.az-a Kürdəmir Rayon Polis İdarəsindən məlumat verilib.

İyunun 19-da axşam saat 17 radələrində 18 yaşlı Yenikənd kənd sakini Mehdiyev Saməddin Natiq oğlunun qarın və bud nayihəsinə iki bıçaq zərbəsi endirilib. Cinayətkar hadisəni törətdikdən sonra qaçıb.

Hadisədə zərərçəkənin həmkəndlisi 23 yaşlı Nəsirov Samir Mahir oğlu (foto aşağıda - red.) şübhəli bilinir. İyunun 20-nə keçən gecə rayonun cinayət-axtarış şöbəsinin əməliyyatçıları onu saxlayıblar.

İlkin dindirilmə zamanı S.Nəsirov zərərçəkənlə arasında yaranmış münaqişənin səbəbini açıqlayıb. Onun bildirdiyinə görə, məzun olan kiçik qardaşının sinif yoldaşları qardaşını "Son zəng" münasibətilə təşkil olunan kollektiv gəzintiyə aparmaqdan imtina edib.

Sinif yoldaşları S.Nəsirovun qardaşından pul alaraq "piknik"ə hazırlaşıb. Bundan xəbər tutan S.Nəsirov S.Mehdiyevlə görüşərək ona öz iradını bildirib. Söhbət əsnasında gərginlik yaranıb və S.Nəsirov bıçağa əl ataraq S.Mehdiyevə iki bıçaq zərbəsi endirib.


Xəbərə aid foto