140 oyuna pul qoyuluşu etdiyinə görə cəzalandırıldı


İdman 20 İyn 2019 14:35:00 254 0

140 oyuna pul qoyuluşu etdiyinə görə cəzalandırıldı

Goal.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. 

Manchester United-nin sabiq futbolçusu Pol Skoulz futbol oyunlarına pul qoyuluşu etdiyinə görə İngiltərə Futbol Federasiyası tərəfindən cəzalandırılıb. 

Sabiq futbolçunun 2015-ci ilin 17 avqustundan 2019-un 12 yanvarına kimi 140 oyuna pul qoyuluşu etdiyi üzə çıxıb. Bu səbəbdən, o, 8 min funt-sterlinq məbləğində cərimə olunub. Federasiya Skoulza ciddi xəbərdarlıq da edib.

Mətbuatın yazdığına görə, İngiltərə millisinin sabiq üzvü bukmeker kontorlarında bütövlükdə 26 min funt-sterlinq pul qoyuluşu edib, cəmi 5831 funt-sterlinq gəlir əldə edib.

Futbolçu karyerası dövründə Manchester United-in formasını geyinmiş Skoulz, 2013-cü ildə peşəkar futboldan getmişdi. 44 yaşlı mütəxəssis 2-ci liqada mübarizə aparan Oldham klubunun baş məşqçisi olsa da, məhz futbol oyunlarına pul qoyuluşu etməsi üzə çıxandan sonra istefaya göndərilmişdi.