Ac ayı şəhərdə qorxu yaratdı FOTO


Dünya 20 İyn 2019 14:24:00 279 0

Ac ayı şəhərdə qorxu yaratdı  FOTO

Sibirdə 40 ildən artıq bir müddət sonra ilk dəfə bir qütb ayısı şəhərə girib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Rusiyanın şimalında yerləşən Norilsk adlı sənaye şəhərində qeydə alınıb.

Güman edilir ki, əldən düşmüş və sağlam olmayan heyvan yemək axtararkən təbii yaşayış sahəsindən 500 kilometr uzaqlaşaraq yolunu azıb.

Ayını şəhər daxilində görən vətəndaşlar qorxu-həyəcan keçiriblər. Hadisədən sonra "Roev ruçey" parkının zooloqları qütb ayısını tutublar.

Norilsk bələdiyyəsindən bildirilb ki, yırtıcı heyvan təhlükəsiz vəziyyətdədir.

Zooloqların fikrincə, heyvanın sağlamlığı onu vəhşi təbiətə buraxmağa imkan vermir, buna görə də o, Krasnoyarsk flora və fauna parkına yerləşdiriləcək.


Xəbərə aid fotolar