Con Terri ilə 2 illik müqavilə imzalandı


İdman 20 İyn 2019 14:16:00 259 0

Con Terri ilə 2 illik müqavilə imzalandı

İngiltərənin Aston Willa klubu baş məşqçisi Din Smitin köməkçisi Con Terrinin müqaviləsinin müddətini artırıb.

Goal.az xəbər verir ki, Terri ilə müddəti 2021-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Terri 2018-ci ilin oktyabrından Aston Willa-da məşqçi kimi çalışır. Birmingem təmsilçisi yeni mövsümdə Premyer Liqada iştirak edəcək.