Paytaxtın bu yolunda rənglənmə işləri aparılacaq


Digərləri 20 İyn 2019 14:10:00 212 0

Paytaxtın bu yolunda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli və Təbriz küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə məlumat verilib.

Məlumatda sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.