Ən yaxşı biznes plana malik 500 namizədə kiçik biznes qurumlarında dəstək göstəriləcək (FOTO)


Digərləri 20 İyn 2019 13:55:17 186 0

Ən yaxşı biznes plana malik 500 namizədə kiçik biznes qurumlarında dəstək göstəriləcək (FOTO)

12 şəhər və rayonun Məşğulluq Mərkəzlərinin əməkdaşlarına əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramı barədə təqdimat keçirilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra edilən və BMT İnkişaf Proqramı tərəfindən dəstəklənən “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərininin yaradılması” texniki yardım layihəsinin tərkib hissəsi kimi özünüməşğulluq proqramı əsasında əlilliyi olan şəxslərin biznesə çıxışının dəstəklənməsi nəzərdə tutulur. Nazirlikdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzlərinin əməkdaşlarına əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramına dair təqdimat keçirilib. Trend-in məlumatına görə təqdimatda ilkin olaraq layihənin keçiriləcəyi 12 rayon və şəhərin (Binəqədi, Sabunçu, Abşeron, Şamaxı, Göyçay, Zaqatala, Şəmkir, Bərdə, Füzuli rayonları və Gəncə, Mingəçevir, Sumqayıt şəhərləri) məsul şəxsləri iştirak edib. İştirakçılara proqramın məqsədi haqqında məlumat verilib, layihənin icra mərhələləri, seçim meyarları, əlilliyi olan şəxslərin proqrama müraciət qaydası və tələb olunan sənədlər, digər aidiyyatı məsələlərlə bağlı məlumat verilib.