Ağsuda qadını ölümlə hədələyən şəxs tərksilah edildi


Digərləri 20 İyn 2019 13:45:00 218 0

Ağsuda qadını ölümlə hədələyən şəxs tərksilah edildi

Ağsu sakinindən sənədsiz tüfəng götürülüb

Bakı. Ağsu sakinindən sənədsiz tüfəng götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətnindən Trend-ə verilən məlumata görə, iyunun 19-da Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Ağabəyli kənd sakini olan qadın həmkəndlisi R.Yolçuyevin onu tüfənglə öldürəcəyi ilə hədələdiyini bildirib. Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən R.Yolçuyevin evinə baxış keçirilib, bu zaman müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.