QDİƏT Parlament Məclisinin Baş Assambleyasına sədrlik Bolqarıstana keçdi


Digərləri 20 İyn 2019 13:31:00 189 0

QDİƏT Parlament Məclisinin Baş Assambleyasına sədrlik Bolqarıstana keçdi

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasına sədrlik Azərbaycandan Bolqarıstana keçib.

Bakı. Elçin Mehdiyev – Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasına sədrlik Azərbaycandan Bolqarıstana keçib. Trend-in məlumatına görə, bu barədə qərar Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasında verilib. Qeyd edək ki, sədrlik 6 ay müddətinə Bolqarıstana keçib. Təşkilat 4 iyun 1992-ci ildə təsis edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin