Lukaku İtaliya klubu ilə razılığa gəldi
İdman 20 İyn 2019 13:11:00 247 0
İngiltərənini Manchester United klubunun futbolçusu Romelu Lukaku İtaliya İnter-i ilə şəxsi müqaviləsini razılaşdırıb.
Goal.az “The Sun”a istinadən xəbər verir ki, transfer baş tutacağı təqdirdə, 26 yaşlı hücumçu həftəsinə 180 min funt sterlinq qazanacaq. Bildirilir ki, belçikalı forvard Manchester United rəhbərliyi ilə görüşüb və 75 milyon funt sterlinq (84 milyon avro) qarşılığına başqa kluba satılacağına dair təminat alandan sonra “İnter”lə danışıq aparıb.
Qeyd edək ki, Manchester United Lukakunu 2017-ci ilin yayında Everton-dan 90 milyon funt sterlinqə alıb. Onun klubu ilə 30 iyun 2022-ci ilə qədər müqaviləsi var.
Mənbə: goal.az