ASAN Beynəlxalq Assosiasiyası yaradılır


Digərləri 20 İyn 2019 12:45:04 197 0

ASAN Beynəlxalq Assosiasiyası yaradılır

ASAN Xidmətin təşəbbüsü ilə ASAN Beynəlxalq Assosiasiyası yaradılır

Bakı. Xeyrəddin Nəsirzadə - ASAN Xidmətin təşəbbüsü ilə ASAN Beynəlxalq Assosiasiyası yaradılır. Trend-in məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iyunun 24-26-da Bakıda keçiriləcək BMT dövlət xidmətləri forumuna həsr olunmuş mətbuat konfransında deyib. Agentlik sədrinin sözlərinə görə, assosiasiya ASAN Xidmətin təşəbbüsü ilə İndoneziya, Monteneqro, BƏƏ, Türkiyə kimi ölkələrlə əməkdaşlıq çərçivəsində da yaradılacaq. Assosiasiyanın üzvlərinin sayı gələcəkdə artacaq. Ü.Mehdiyev əlavə edib ki, assosiasiyanın yaradılmasında məqsəd ASAN Xidmətin iş təcrübəsinin digər iştirakçılarla bölüşdürülməsidir.