Azərbaycanlı sahibkarların kredit almaq imkanları sadələşdirilib


Digərləri 20 İyn 2019 12:18:00 241 0

Azərbaycanlı sahibkarların kredit almaq imkanları sadələşdirilib

İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları tərəfindən təqdim edilən sənədlərin siyahısı ilə bağlı kredit məbləği həddi 350 min manatadək artırılıb.

Bakı. İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları tərəfindən təqdim edilən sənədlərin siyahısı ilə bağlı kredit məbləği həddi 350 min manatadək artırılıb. Trend-in məlumatına görə, bu barədə Fondun “Sahibkarlıq kreditləri üzrə zəmanətlərin və faiz subsidiyalarının verilməsinin prosedur Qaydaları”na edilən dəyişikliklərdə deyilir. Bu dəyişikliklərə qədər kredit məbləği üzrə hədd 200 min manat təşkil edirdi. Bundan başqa, zəmanət üzrə müraciət zamanı tələb olunan sənədlər də sadələşdirilib.