Sabah Təmkin Xəlilzadə ilə bağlı qərarını verdi


İdman 20 İyn 2019 12:09:00 368 0

Sabah Təmkin Xəlilzadə ilə bağlı qərarını verdi

"Sabah" komandası heyətdən kənarlaşdırdığı futbolçusu Təmkin Xəlilzadə ilə bağlı qərar verib.

Goal.az "Report"a istinadən xəbər verir ki, klub rəhbərliyi və baş məşqçi Elşad Əhmədov 26 yaşlı yarımmüdafiəçinin komandada qalmasını istəyib.

Həmidov deyib ki, oyunçu baş məşqçi ilə söhbət edib və intizam qaydalarını pozmayacağına dair söz verib. "O artıq komanda ilə birlikdə məşqə də çıxıb".

Qeyd edək ki, Təmkin Xəlilzadə 2018-2019 mövsümünün sonuna yaxın daxili intizam qaydalarını pozduğu üçün heyətdən uzaqlaşdırılıb. Xəlilzadə Azərbaycan millisinin də üzvüdür.