AtaBank NETTY 2019 mükafatını qazandı


Digərləri 20 İyn 2019 11:40:00 321 0

AtaBank NETTY 2019 mükafatını qazandı

Azərbaycanın Milli İnternet Mükafatı olan NETTY-yə bu dəfə "AtaBank" ASC layiq görüldü.

Mükafat 19.06.2019-cu il tarixində Park İnn by Radisson Baku otelində bütün namizəd nümayəndələrinin dəvət olunduğu rəsmi mükafatlandırma mərasiminə banka təqdim edildi. İqtisadiyyat və biznes nominasiyasında iqtisadiyyat, maliyyə, biznes ilə bağlı analitik və icmal internet mənbələri sırasında AtaBank yenilənmiş internet səhifəsi ilə bu müsabiqəyə qatılmışdı.

Məlumat üçün bildirək ki, NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib və informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

İlkin səsvermə nəticəsində "AtaBank" ASC-nin rəsmi saytı Ekspert Şurasının üzvləri tərəfindən 200 bal və Virtual Münsiflər tərəfindən 37 bal əldə edərək topbirincilikdə yer almışdı. Daha sonra Müsabiqə qaliblərini Akademiya nümayəndələri səs verərək təyin etdilər.

İqtisadiyyat və Biznes nominasiyası üzrə birinci yeri qazanan AtaBank-a NETTY heykəlciyi təqdim edildi.


Xəbərə aid fotolar