"Arxamda oğlumun atası dayanır"


Şou-biznes 20 İyn 2019 11:45:00 229 0

"Arxamda oğlumun atası dayanır"

ARB TV-nin "Faydalı saat" verilişinin növbəti qonağı rəqqasə Fatimə Fətəliyeva olub:  Son.az bildirir ki, rəqqasə həyatda ən böyük dayağının həyat yoldaşı olduğunu deyib: "41 yaşım var. Əsas dəstək mənim həyat yoldaşımdandır. Söhbət maddi dəstəkdən yox, mənəvi dəstəkdən gedir və mənəvi dəstək qadına mütləq lazımdır. Bu gün mənim arxamda oğlumun atası dayanır və onun gücü, dəstəyi ilə mən daha güclənirəm.

Əslində, qadın da kişiyə dəstək olmalıdır. Bir də görürsüz ki, kişi qadına dəstək olur, amma qadın heç bunu başa düşmür. Amma biz bir-birimizə çox dəstəyik. Mən nəsə alanda belə mütləq onunla məsləhətləşirəm. Mən xoşbəxtəm ki, mənim qarşıma elə bir insan çıxıb. O, bizim sferanın adamı deyil".


Xəbərə aid foto