Alim Nəbiyev növbəti döyüşünü Parisdə keçirəcək
İdman 20 İyn 2019 11:33:00 273 0
Kiqboksçu Alim Nəbiyev növbəti döyüşünü keçirəcək.
Goal.az xəbər verir ki, iyunun 22 də Fransanın paytaxtı Parisdə - "Zenit Paris la Vilette" idman kompleksində kiqboksumuz da gücünü sınayacaq. Alim Nəbiyevin iştirakı Rusiya Azərbaycanlıları İttifaqı (RAİ) və təşkilatın rəhbəri Fizuli Məmmədovun maliyyə dəstəyi ilə təmin edilib.
Bu barədə Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətinin rəhbəri Anar Həsənov məlumat verib. Onun sözlərinə görə, “Professor” ləqəbli Alim Nəbiyev 77 kq çəki dərəcəsində dünya reytinqi üzrə bir nömrəli kiqboksçu hesab edilir: “7 qat dünya və 3 qat Avropa çempionu olmuş soydaşımız Parisdə yerli döyüşçü Sedrik Doumbe ilə qarşılaşacaq. Avropada, xüsusən də Parisdə yaşayan Azərbaycanlıları bu idman hadisəsinə qatılmağa dəvət edirik. Rəqibimizin köməyi doğma divarlar - Fransadırsa, soydaşımızın dəstəyi də Bizlər olaq. Sübut edək ki, onlar çox ola bilər, - amma biz azərbaycanlıyıq”.