Nazir müavini: "Qeyrineft ixracı bu il 17,8 faiz artıb"


Digərləri 20 İyn 2019 11:04:00 283 0

Nazir müavini: "Qeyrineft ixracı bu il 17,8 faiz artıb"

Azərbaycanda qeyri-neft sektorunda ixrac 2017-2018-ci illərdə 36,5%, 2019-cu ilin 5 ayı ərzində isə 17,8% artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Nazir müavini bildirib ki, bu ilin ötən dövründə kənd təsərrüfatı və emalı məhsullarının ixracı 37,6% artıb. Sənaye parklarında istehsal olunmuş 1,4 milyard manata yaxın məhsulun 267 milyon manatlıq hissəsi ixrac olunub.

Azərbaycanın ixrac məhsullarının çeşidlərinin artdığını vurğulayan nazir müavini Azərbaycandan 2166 adda məhsulun xarici bazarlara çıxarıldığını diqqətə çatdırıb:

"Bununla yanaşı, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı da artır. Belə ki, bu ilin 5 ayı ərzində xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarların sayı 74% artaraq 18,4 minə çatıb".