Pentaqon Yaxın Şərqə "Patriot" kompleksləri göndərəcək İrana görə


Dünya 20 İyn 2019 09:05:00 249 0

Pentaqon Yaxın Şərqə "Patriot" kompleksləri göndərəcək  İrana görə

ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə "Patriot" zenit-raket kompleksləri, pilotsuz uçuş aparatlar və kəşfiyyat məlumatlarının toplanılması üçün təyyarələr göndərəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Pentaqonun məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, Müdafiə Nazirliyi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının istəyi ilə "Patriot" kompleksləri, kəşfiyyat məlumatlarının toplanılması üçün pilotsuz və idarə olunan uçuş aparatları, qırıcı təyyarə, aviasiya dəstəyi üzrə uçuş aparatı göndərəcək:

"ABŞ İranla münaqişə istəmir, lakin biz Yaxın Şərqdə qoşunlarımızı yerləşdiririk və regiondakı maraqlarımızı qorumağa hazırıq".