10 dəqiqəlik enerji ilə 300 kilometrlik yol üçün batareya


Digərləri 20 İyn 2019 08:55:00 275 0

10 dəqiqəlik enerji ilə 300 kilometrlik yol üçün batareya

Çin araşdırmaçıları 10 dəqiqəlik enerji ilə 300 kilometrlik məsafə qət edilməsinə imkan verən yeni bir litium ion batareya texnologiyası yaratdılar.

Son.az deyerler.org-a istinadən bildirir ki, 50 kWh batareya paketiylə gələn bir avtomobilin təqdimatı, keçən çərşənbə axşamı günü Çinin Jecianq adlı əyalətindəki Hanqjou şəhərində edildi.

Hunan Universitetinin Kimya Mühəndisliyi professoru və Zhejiang Folta Technology Co. Ltd. şirkətinin baş alimi Jou Siaopinq bu barədə belə deyib: "Bu sürətli enerji texnologiyası, litium ion batareyalar sahəsində edilən ar-Ge işləri sayəsində ortaya çıxdı".

Jou, vəsaitlərin ağırlıqlı olaraq aşağı empedanslı (RLC dövrələrindəki müqavimət miqdarı) ionik mürəkkəblərdən meydana gəldiyini, beləliklə güc şəbəkəsi məhsuldarlığını artırarkən enerji yığma əsnasında reallaşan litium proseslərindən qaynaqlanan təhlükəsizlik risklərini azaldacağını da sözlərinə əlavə etdi.

Müstəqil sınaq şirkəti TUV SUD tərəfindən nəşr olunan bir üçüncü tərəf qiymətləndirmə hesabatı, yeni texnologiyanı istifadə edən güc hüceyrələrinin həyat dövrünün 150 amperlik bir enerji imkanı sınağında bu ana qədər 5.000 vurduğunu, bundan əlavə, bu ədədin 6.000 görməsinin gözlənildiyini göstərir.