Küsən insanın namazı qəbul olarmı?


Digərləri 20 İyn 2019 08:41:00 205 0

Küsən insanın namazı qəbul olarmı?

Küsmək - insanlar arasında dostluq və ülfət bağlarının qırılmasına səbəb olar. Bu səbəbdən Həzrət Peyğəmbər (s) buyurmuşdur: "O iki müsəlman ki, bir-birindən küsər və üç gün o halda qalarlar, bir-biri ilə barışmazlar - onlar İslam dinindən çıxmış olarlar.

Onların arasında dini dostluq bağları olmaz. Ona görə də hər kim birinci danışarsa, o, hesab günü daha tez behiştə gedər".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "İki nəfər küsərək bir-birindən ayrılmaz, məgər o halda ki, onlardan biri (Allah və Rəsulunun (s))lənətinə düçar olar".

Ona görə də din qardaşlarının küsməsi Allahı qəzəbləndirər və şeytanı (lən) sevindirər.

Həzrət Peyğəmbərin (s) Əbuzərə etdiyi nəsihətdə oxuyuruq: "Allah hər bazar ertəsi və cümə axşamları günü möminlərin əməl dəftərinə nəzər salar.