Mitsubishi şirkətindən süni intellektə malik danışmatanıma texnologiyası


Digərləri 20 İyn 2019 08:35:00 246 0

Mitsubishi şirkətindən süni intellektə malik danışmatanıma texnologiyası

Mitsubishi Electric, danışılan dilləri eyni zamanda müəyyən edib anlayan yeni bir süni intellekt texnologiyası yaratdığını açıqladı.

Son.az deyerler.org-a istinadən bildirir ki, bir kompyuterin və ya kompyuter idarəsindəki bir robotun, müxtəlif fəaliyyətləri ağıllı canlılara bənzər formada yerinə yetirmə qabiliyyəti mənasını verən süni intellekt, indiki dövrdə bir çox sahədə olduqca təsirli bir formada istifadə edilir. Son zamanlarda bazara çıxan əksər smartfonlarda istifadə edilən bu texnologiya, bəzi sahələrdə isə işləri olduqca asanlaşdıra bilir.

Mitsubishi Electric, hansı dilin danışıldığı ifadə edilmədən yüksək faizlə çox dildə danışma tanıma xüsusiyyətini daşıyan bir texnologiya yaratdı.

Mitsubishi Electric şirkətinin verdiyi şərhə görə, mükəmməl danışma-tanıma adı verilən yeni texnologiya, Mitsubishi Electric şirkətinin qeydiyyatlı Maisart yığcam süni intellekt texnologiyasının köməyiylə, danışılan dilləri eyni zamanda müəyyən edə bilir və anlaya bilir.