Rəsulullaha Quran xaricində vəhy gəlibmi?


Digərləri 20 İyn 2019 08:15:00 221 0

Rəsulullaha Quran xaricində vəhy gəlibmi?

Vəhyin növləri vardır. Ümumi mənada Quran xarici vəhy əlbəttə vardır. Lakin Allahın elçisinə nazil olan və Quranda yazılan vəhy təkcə peyğəmbərimizə gəlmiş və bizi din adına əlaqədar edən vəhy bu vəhydir. Digər vəhylər bizi əlaqədar etməyə bilər. Belə vəhylər təkcə peyğəmbərimiz əleyhissəlama deyil, mələklərə[1], Musanın anasına[2], İsanın anasına[3] hətta heyvanlara[4], göyə[5], yerə də gəlmiş və yenə də gələ bilər. Bu kimi vəhylər dini, ictimaiyyəti, bizi əlaqədar etməyən və sadəcə vəhy gələn şəxsi əlaqədar edən vəhylərdir. Belə vəhylərin Allahın elçilərinə nazil olan vəhylər kimi təbliğ vəzifəsi də yoxdur.

Son.az muselmanlar.com-a istinadən bildirir ki, Təhrim surəsində peyğəmbərimizə belə bir xəbərdarlıq edilmişdi: "Ey Nəbi! Allahın sənə halal qıldığı şeyi niyə özünə haram edirsən?"- buyrulmaqdadır. Bu ayəni eşidən peyğəmbər əleyhissəlamın zövcələri Quranın ifadəsiylə; "bizim aramızda olanları sənə kim xəbər verdi?"- deyirlər. Peyğəmbərimiz də "Mənə Alim və Xəbir olan Allah bildirdi."- buyurur. Bu ayələrdə əlavə bir vəhydən yəni, ənənə dini mənsublarının iddia etdikləri kimi, "vəhy qeyri-mətluv=oxunmamış vəhy"-dən söhbət gedə bilməz. Allah elçisi özünə halal olan şeyi haram etdiyi üçün Allahdan xəbərdarlıq gəlir və bu xəbərdarlıq da Təhrim surəsinin başında bildirilməkdədir: Ey Nəbi! Allahın sənə halal qıldığı şeyi niyə özünə haram edirsən?". Burada diqqət edilməsi lazım olan xüsuslardan biri də xəbərdarlığın "Nəbi" vəsfiylə verilməsidir. Nəbi əleyhissəlam da bir insandır və xəta etdiyi zaman xəbərdarlıq edilməkdədir. Təəssüf ki, ənənə dininin mənsubları Allahın kitabına yəni, vəhyinə əlavə bir vəhyi qataraq, bir növ Allahın kitabına şərik qoşmağa can atmaqdadırlar.

[1] Bax: Ənfal, 12.

[2] Bax: Qəsas, 7.

[3] Bax: Əli-İmran, 3/42-43.