Kanadada 9 mindən artıq insan təxliyə edildi


Dünya 20 İyn 2019 08:18:00 226 0

Kanadada 9 mindən artıq insan təxliyə edildi

Kanadanın Alberta əyalətində 9 mindən artıq insan öz evini tərk etmək məcburiyyətində qalıb.

Son.az Trend-ə istinadən bildirir ki, insanların təxliyə edilməsinə səbəb meşə yanğınları olub.

Bildirilir ki, yanğınlardan biri 324 min kvadrat metr əraziy əyayılıb. Aprelin 18-i yanğınlar səbəbindən bir çox aviareys təxirə salınmışdı.

Qeyd edilir ki, meşə yanğınları burada may ayının sonundan başlayıb.