Nas kimdir, nasnas kimdir?


Digərləri 20 İyn 2019 08:01:00 279 0

Nas kimdir, nasnas kimdir?

Bir nəfər İmam Əlinin (ə) xidmətinə gəlir və deyir: "Nas kimdir, nasa bənzəyənlər kimdir və nasnas kimdir?"

İmam Hüseyn (ə) də orada idi. İmam Əli (ə) üzünü oğluna tutur və buyurur: "Bu kişinin cavabını ver!"

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Hüseyn (ə) buyurur: "Nas - bizik. Bu səbəbdəndir ki, Quran buyurur: "Sonra (müşriklərin getdikləri yol ilə deyil) camaatın axışdığı yer ilə (Məş'ər çölündən Minaya tərəf) yollanın". ("Bəqərə" 199).

Məqsəd - Peyğəmbər (s) idi. İnsanları Minaya tərəf köçürdür.

Ancaq nasa bənzəyənlər - bizim davamçılarımızdır və bizdəndirlər. Necə ki, Quran buyurur: "Odur ki, kim mənə tabe olsa, o məndəndir və kim mənə itaətsizlik etsə, həqiqətən Sən çox bağışlayan və mehribansan". ("İbrahim" 36).