İnsanı peşman olmağa qoymayan 3 sifət


Digərləri 20 İyn 2019 08:05:00 256 0

İnsanı peşman olmağa qoymayan 3 sifət

İmam Cavad (ə) buyurur: "Üç şey vardır ki, hər kim ona malik olar, peşman olmaz:

1. Tələsməkdən çəkinmək.

2. İşlərdə məsləhət etmək.

3. Bir işin qərarını verən zaman Allaha təvəkkül etmək".

Mübarək dinimiz bizə ən yaxşı və ən pis insanları tanıdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Həsən Müctəba (ə) buyurur: "İnsanlar dörd dəstədirlər:

1. O dəstə ki, əxlaqları vardır, ancaq dünyadan (bəhrələri) yoxdur.

2. O dəstə ki, dünyadan bəhrələri vardır, ancaq əxlaqları yoxdur.

3. O dəstə ki, nə (dünyadan) bəhrələri vardır, nə də əxlaqları. Onlar - ən pis insanlardırlar.

4. O dəstə ki, həm əxlaqları vardır və həm də dünyadan bəhrənirlər - onlar ən yaxşı insanlardırlar".