Peyğəmbərimizin ən çox etdiyi dua


Digərləri 20 İyn 2019 07:41:00 273 0

Peyğəmbərimizin ən çox etdiyi dua

Ali dini Rəhbər öz xütbələrinin birinin sonunda bu duanı demişdir:

"یا مُقَلِّبَ القُلوبِ ثَبِّت قُلوبَنا عَلی دینِک."

"Ya muqallibəl-qulub, sabbit qalbi alə dinikə". ("Ey, o kəs ki, qəlblərin çevrilməsi Onun əlindədir. Qəlbimi Sənin dinində möhkəm et")

Bu dua - böyük din alimlərinin ən çox tövsiyə etdiyi dualardan biridir. Ola bilsin ki, bəziləri etiraz edərək desinlər ki, bizim dinimizdəki yəqinliyimiz sabitdir, ona görə də bu dua daha aşağı təbəqədə yerləşən möminlərə şamil edilir. Xeyr, belə deyildir. İnsan möminlik pilləsinin hansı məqamında qərar tutursa-tutsun - insanın qəlbi olar, imanı olar, dindarlığı var. Hər an qərar tutduğu məqamdan süqut etmək təhlükəsi mövcuddur. Ancaq bu dua bizə öyrədir ki, Allahdan istəyək bizi tutduğumuz məqamda sabitqədəm etsin və süqut etməyə qoymasın. Əksinə, daha da yüksəlməyimizə tofiqat versin.

Hədislərimizdə bu dua "Ğəriq duası" adı ilə məşhurdur. Abdullah ibn Sinan nəql edir: "İmam (ə) buyurmuşdur: "Tezliklə şübhəyə düşəcəksiniz ki, ondan xilas ola bilməyəcəksiniz, məgər o kəsdən başqa ki, "Ğəriq" duasını oxuyar"".

Bu dua belədir:

Ya Allahu, ya Rəhmanu, ya Rahim

يَا اَللَّهُ يَا رَحْمٰنُ يَا رَحِيمُ

Ya muqallibəl-qulub يَا مُقَلِّبَ ٱلْقُلُوبِEy, o kəs ki, qəlblərin çevrilməsi Onun əlindədir. 

Sabbit qalbi alə dinikə

ثَبِّتْ قَلْبِي عَلَىٰ دِينِكَ