Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq?


Digərləri 20 İyn 2019 07:45:00 258 0

Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq?

May-iyun aylarında Bakıda torpaq bazarında 1-2 faiz səviyyəsində qiymət artımı müşahidə olunacaq

Bakı. Mətanət Nəsibova - May-iyun aylarında Bakıda torpaq bazarında 1-2 faiz səviyyəsində qiymət artımı müşahidə olunacaq. Bunu Trend-ə daşınmaz əmlak sahəsində mütəxəssis Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, ötən ilin analoji dövründə qiymət artımı 4-6 faiz ətrafında dəyişirdi: "Bu il bazarın bu seqmentində qiymətlər son iki illə müqayisədə aşağıdır. Bu, əsasən tikinti sektorunda fəallığın azalması ilə əlaqədardır". Ekspert qeyd edib ki, iyul-avqust aylarında qiymətlərin sabit tendensiyası saxlanılacaq: "Payıza yaxın torpaq bazarında 1-2 faiz səviyyəsində azalma müşahidə olunacaq".