Günün qoroskopu: Əməyinizin qədrini bilin, işləri yarımçıq qoymayın


Digərləri 20 İyn 2019 00:01:00 248 0

Günün qoroskopu: Əməyinizin qədrini bilin, işləri yarımçıq qoymayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - günün ilk yarısında yaxın perspektivə yönəlmiş layihəyə başlamaq olar. Əlavə impulsdan yararlanın, enerjili çalışın. Aktiv insan təsiri bağışlayın. Tənbəllik etməyin. Günün ikinci yarısındakı situasiya sizdən problemlərin həllinə yaradıcı yanaşma ilə bahəm, dəqiqlik də tələb edəcək.  Kommersiya üçün əlverişli zamandır. Ailə üzvlərinin tələblərinə diqqətsiz qalmayın.

Buğa - günün ilk yarısında başlanan proseslər sizə sakit dövr vəd etmir. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün yaxşıca çalışmalı, zəhmət çəkməli olacaqsınız. Nəticə isə gözləntilərinizə uyğun gəlməyə bilər. Günün ikinci yarısında yeni layihə və ya təklif istisna deyil. Mümkün qədər səbrli, təmkinli olun. Şərikin və ya tərəfdaşın mövqelərini nəzər alın. Axşam saatlarında qonaqlar gələ bilər. Yaxşı vaxt keçirəcəksiniz.

Əkizlər - süst və ətalətli olmayın. Maraqlı layihəyə başlamaq imkanları yaranıb. Təklifləri dərhal qəbul etməyin. Yüz ölçün, bir biçin. Mümkün variantlar arasında ən sərfəlisini və effektivini seçin. Günün ikinci yarısında tələsməyin. Ünsiyyətdə kasadlıq müşahidə olunmayacaq. Orijinal ideyanı reallaşdıranda emosiyalara qapılmayın. Sağlam qidalanın, rasiona fikir verin. Əks təqdirdə əhvalınız korlana bilər.

Xərçəng - kiçik risk və eksperimentlərdən qorxmayın. Nüfuzunuz, maddi durumunuz və yaxın perspektivdəki planlarınızı təhlükəyə ata biləcək addımlardan çəkinin. Yaxşı tanımadığınız insanlara etibar etməyin.  Günün ikinci yarısında tərəfdaşlarla müttəfiqlərin sayını artırın. Maliyyə və əmlak məsələlərində anlaşılmazlıqlar yarana bilər. Sığorta, təzminat, ödəniş və s. məsələlərdə sərvaxt davranın. Yaxınlarınızın qayığısına qalmaq söz yox, əməl tələb edir.

Şir - yaxşı imkanlar vəd edən gündür. Sərvaxt davranın, yaranan şansları dəyərləndirin. Yaşam mövqeləriniz və prioritetlərinizin əsasını aktivlik təşkil etməlidir. Bir yerdə qalsanız, işlərinizdə irəliləyişlərə nail ola bilməyəcəksiniz. Günün ikinci yarısında bilik və bacarıqlarınızı artırın. Özünüzdən bədgüman qalmayın. Tənqidə sərt reaksiya verməyin. Bacarıqlarınızı və imkanlarınızı obyektiv dəyərləndirin.  Axşam saatlarında gəzintiyə yollana bilərsiniz.

Qız - özünüzü pis hiss etməyəcəksiniz. Müxtəlif layihələrə başlamazdan əvvəl yaxşı düşünün. Mümkün dividendlərlə bahəm, məruz qala biləcəyiniz itkiləri dəyərləndirin. Günün ikinci yarısında liderlik məziyyətlərinizi çəkinmədən nümayiş etdirin. Rəqibləri üstələmək üçün obyektiv şərtlərdən maksimum istifadə edin. Axşam saatlarını təbiət qoynunda keçirsəniz, əla olar. Yaxınlarınızla təmaslarda təmkinli, səbrli davranın. Anlaşılmazlıq yarada biləcək suallara zəmin yaratmayın.

Tərəzi - yaşananları dəqiq qiymətləndirin. Kobud səhvlərin fəsadları çox ağır ola bilər. İllüziyaların əsiri olmayın. Reallığı yanlış dəyərləndirsəniz, işlərinizdə axsamalar və ləngimələr olacaq. Günün ikinci yarısında təriflərə aldanaraq fəaliyyət tempini aşağı salmayın uğurlar başınızı gicəlləndirməsin. Məqsədləri təftiş edin, daha yüksək səviyyəyə can atın.